Gövhər Baxşəliyeva: "2011-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirik" - AÇIQLAMA
"2010-cu ili Azərbaycan üçün tam qənaətbəxş hesab etmək olar". Bu sözləri millət vəkili Gövhər Baxşəliyeva SİA-ya açıqlamasında deyib. O bildirib ki, cari ildə Azərbaycanın bütün sahələrində irəliləyişlər olub. Millət vəkilinin sözlərinə görə, 2010-cu ildə xüsusən iqtisadi, mədəni sahələrin inkişafına dair mühüm işlər görülüb, bir sıra uğurlu layihələr həyata keçirilib.
Ümumilikdə cari ilin ölkəmizin ictimai siyasi həyatında mühüm hadisələrlə yadda qaldığını dilə gətirən G.Baxşəliyevanın sözlərinə görə, 2010-cu ildə yadda qalan ən mühüm hadisələrdən biri də Milli Məclisə keçirilən seçkilər olub: "Bu il müddətində ölkə həyatında bir sıra mühüm hadisələr baş verib. Onlardan biri və mən deyərdim ki, ən önəmlisi parlament seçkiləri oldu. Builki seçkilər ölkəmizdə demokratiyanın inkişaf etdiyini bir daha sübut etdi. Seçkilərin nəticəsi olaraq Milli Məclisə üzv olan qadınların sayı artmaqla yanaşı, ümumilikdə yeni deputatlar seçildi . Bu da ölkəmizin inkişafının önəmli göstəricilərindən biridir".
2011-ci ildən gözləntilərə gəlincə, millət vəkili bildirib ki, 2011-ci ildən Azərbaycan xalqının ən böyük və həll olunmayan problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirik. "Cari ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çox mühüm addımlar atıldı. Dövlət başçısı problemin həllində çox böyük qətiyyət nümayiş etdirdi. Mən gözləyirəm ki, gələn il bu beynəlxalq təşkilatlar münaqişələrin həll olunmasına dair mexanizm tapsınlar. Bununla da Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılsın", - deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB