LDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

LDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib. Universitetin mətbuat xidmətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov tədbiri açaraq iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.Bildirib ki, 2010-cu il Azərbaycan tarixinə iqtisadi və sosial həyatın bütün sahələrinin dinamik inkişafı və tərəqqi ili kimi daxil olub. Rektor ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini və bu istiqamətdə Lənkəran Dövlət Universitetində görülmüş işlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən Dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı, Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, valideynlər adından Heybət Mirzəyev, universitet iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad elmləri namizədi Əlixan Bədəlov və başqaları Yeni il arzularını bildiriblər.

Rəsmi hissədən sonra "Azərbaycan, doğma Vətənim mənim!" adlı ədəbi-bədii kompazisiya göstərilib. Yeni ilə həsr olunmuş şeirlər, mahnılar səslənib, səhnəciklər, viktorinalar keçirilib.

TEMPUS proqramı çərçivəsində ingilis dili, informatika və ümumi layihələr üzrə olimpiadalarının qaliblərinə, yubileyləri qeyd olunmuş universitet əməkdaşlarına, ictimaiyyətin nümayəndələrinə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə