"Son illər Azərbaycanda İKT sektoru üzrə yüksək göstəricilər əldə olunub. Belə ki, bu sektor 6 ildə 5 dəfə böyüyüb, 2009-cu ili çıxmaq şərti ilə illik artım tempi orta hesabla 30-32 faiz olub". SİA-nın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yap.org.az saytına verdiyi müsahibəsi zamanı deyib.
O bildirib ki, bu müvafiq ümumdünya orta göstəricisindən 3 dəfə böyükdür.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin təxminən 50 faizi internet istifadəçisidir. Nazir vurğulayıb ki, genişzolaqlı internetə çıxış 12 faiz təşkil edir ki, bu da ümumdünya orta göstəricisini təxminən 2 dəfə qabaqlayır: "Bu uğurlu statistik göstəricilərin siyahısını davam etdirsək deyə bilərik ki, ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi mühüm məsələ kimi rabitə birlik və müəssisələri qarşısında qoyulub. Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 2008-ci ilin sonunda MDB məkanında ilk dəfə olaraq ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması tam başa çatdırılıb"

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB