Millət vəkili: “Əgər biz güc yolu ilə məsələnin həllinə başlasaq, o zaman anlamalıyıq ki, bunun üçün müsbət beynəlxalq şərait olmalıdır”-AÇIQLAMA

Millət vəkili: “Əgər biz güc yolu ilə məsələnin həllinə başlasaq, o zaman anlamalıyıq ki, bunun üçün müsbət beynəlxalq şərait olmalıdır”-AÇIQLAMA
"Biz dünyaya inteqrasiya üçün öz yerimizi beynəlxalq təşkilatlarda möhkəmləndirməliyik". Bu sözləri SİA-ya politoloq, millət vəkili Rasim Musabəyov Azərbaycanın beynəlxalq təşkilatlardakı nüfuzu ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, ölkəmiz nə qədər güclənsə, dünyaya inteqrasiya olsa da beynəlxalq əlaqələrin möhkəmlənməsi bizim üçün faydalıdır.

Onun sözlərinə görə, bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz ən azı Dağlıq Qarabağ münaqişəsinin həllinə görə möhkəmlənməlidir: "Bu münaqişəni beynəlxalq dəstək olmadan həll etmək çətin və qeyri-mümkündür. Ona görə də, beynəlxalq təşkilatlarla ciddi işləmək olduqca vacibdir. Baxmayaraq ki, onlar münaqişənin həllində hələ ki, yetərincə iş görə bilmirlər. Amma onlardan küsməklə də nəsə əldə etmək mümkün deyil. Onlardan küsmək deyil, ermənilərə dəstək verməkdə hansı maraqlarının olduqlarını axtarmaq lazımdır. Çalışmalıyıq ki, onların Azərbaycana maraqları üstünlük təşkil etsin. Əgər biz güc yolu ilə məsələnin həllinə başlasaq, o zaman anlamalıyıq ki, bunun üçün müsbət beynəlxalq şərait olmalıdır. Ona görə də beynəlxalq təşkilatlarla olduqca ciddi işləmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə