Rauf Məcidbəyli: "DQMK tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 9 müsabiqə təşkil edilib"
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 9 müsabiqə təşkil edilib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli məlumat verib.
O, bildirib ki, 9 müsabiqəyə 4164 vakant vəzifə təqdim olunub. Onun sözlərinə görə bu müsabiqələrə 18405 namizəd sənəd verib. "Bunlardan 4358 namizəd müsabiqənin 1-ci mərhələsini uğurla başa vurub. 1146 namizəd isə müsahibə mərhələsindən keçib. Hazırda 835 dövlət qulluqçusu müxtəlif dövlət orqanlarında vəzifələrdə çalışır",-deyə o əlavə edib.
R. Məcidbəyli vurğulayıb ki, 300 namizəd dövlət qulluqçularının ehtiyat kadr siyahısında qeydə alınıb. Onların 92 nəfərinin müxtəlif vəzifələrə təyin olunduğunu deyən qurum rəsmisinin sözlərinə görə, 13 namizədin adı muxtəlif səbəblərdən siyahıdan cıxarılıb. 0 bildirib ki, hazırda 195 namizəd dovlət qulluqçularının ehtiyat kadrlar siyahısında qeydiyyatdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB