"Növbədənkənar seçkilər Paşinyanı xilas edə bilməyəcək" MÖVQE-ÖZƏL
“Ermənistanda baş verən seçki hadisələri Azərbaycanda olsa idi, indi bütün dünya ölkəmizdəki seçki saxtakarlığından danışardı. Amma göz görə-görə Ermənistanda bu qədər seçki saxtakarlığı olur. Heç kim bir bəyanat da vermir”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
O bildirib ki, bu gün Avropada, ABŞ-da erməni lobbisi o qədər oturuşub ki, onlar olmayan məlumatları belə yaya bilirlər: “ Bu gün Rusiyanın xarici işlər nazirliyində bu ölkənin xarici siyasətini müəyyən edən erməni məmurları var ki, onlar ölkə başçısına düzgün olmayan məlumatları çatdırırlar. Eləcə də Avropada müəyyən şəxslər var ki, onlar dezinformasiyaya yayaraq guya Ermənistanla bağlı hər şey yaxşı olduğunu çatdırırlar”.
Y. Oğuz söyləyib ki, ümumiyyətlə, Ermənistanda seçkilər baş tutmayıb: “Statistikaya görə, Ermənistanda 3 milyon əhali var. O zaman necə ola bilər ki, Ermənistanda 2 milyon 500 seçici var. Belə çıxır ki, Ermənistanda uşaq yoxdur? Onların əhalisi yalnız seçicilərdən ibarətdir?”.
Baş redaktor qeyd edib ki, Sarkisyan, Koçaryan da Paşinyandan fərqli seçki keçirməyib: “Ermənistan əhalisi miqrasiyada olsa da, onların səsverməsi ilə bağlı heç bir məlumat verilmir. Görünür onlar üçün heç seçki təşkil olunmayıb. Başqa ölkələrdə seçki keçirəndə prosesdən bir neçə gün öncə xaricdə yaşayan vətəndaşlar üçün seçki keçirilir. Amma Ermənistanda belə məsələ olmadı. Bu hal etinadsızlığın göstəricisidir”.
Paşinyanın xalqın dəstəyini ala bilmədiyini deyən Y. Oğuz vurğulayıb ki, dünya təcrübəsində seçki prosesi 50+1prinsipi ilə keçirilsə də, Paşinyan xalqın yalnız 40 faizinin səsini qazana bildi: “ Hələ əgər o xalq Ermənistanda yaşayırsa. Bu seçkilər bir daha göstərdi ki, Ermənistanda vətəndaş qalmayıb, hamı köçüb gedir”.
Baş redaktor əlavə edib ki, Paşinyan müəyyən problemlərdən qaçmaq üçün seçkiləri əvvələ keçirsə də, bu onu yenə də xilas edə bilməyəcək: “ Paşinyan bilirdi ki, seçkilər qışdan sonra keçirilsə, insanlar ona səs verməyəcək. Həm də o zaman ölkəsində vətəndaş müharibəsi ola bilərdi. Amma növbədənkənar seçkilər yenə də Paşinyanı tam xilas edə bilməyəcək. İnqilablar baş alıb gedə bilər. Rusiya, Avropa sakit durmayacaq. Paşinan diktatura yaratmaq istəyir. Avropa buna susacaqsa, Rusiya buna susmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB