Masallıda yeni Elektron Avtomat Telefon Stansiyası istifadəyə verilib
Masallı rayonunda yeni Elektron Avtomat Telefon Stansiyasının (EATS) açılışı olub. SİA-nın cənub bürosunun məlumatına görə, rayon rəsmiləri, kənd ziyalıları, ağsaqqalları, Rayon Telekommunikasiya Qovşağı işçilərinin qatıldığı tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib və bildirib ki, 682 nömrə tutumlu yeni EATS-in istifadəyə verilməsi kəndin ölkə və dünya həyatına inteqrasiyasını sürətləndirəcək. Bu həm də ölkədə regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Çıxışlarda, həmçinin rayonda rabitə sahəsinin tam elektronlaşdırılması üçün gətirilmiş 13 EATS-in yaxın zamanlarda qurularaq istifadəyə veriləcəyi qeyd olunub.
Əlavə edək ki, rayonda 36 ATS-dən 25-i elektronlaşdırılıb.Yeni EATS-lərin istifadəyə verilməsi ilə 2011-ci ilin I rübündə Masallı rayonunda elektronlaşma tam başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB