Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müsabiqə elan edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Gənc tədqiqatçıların kimya sahəsində ən yaxşı elmi araşdırmaları" adlı müsabiqə elan edir.
Qurumdan SİA-ya verilən xəbərə görə, müsabiqədə tələbə, magistr, aspirant, dissertant və gənc alimlərin iştirakı nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyənlər elmi araşdırmalarını 2011-ci il yanvarın 1-dən fevralın 20-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB