İkidilli həyat müzakirələrinin canlandığı bir dövrdə Türkiyə prezidenti Abdullah Gül Diyarbəkirə ziyarətə gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Abdullah Gül dekabrın son günlərini Diyarbəkirdə keçirəcək. Prezidentin proqram hazırlayan məsləhətçiləri ziyarət haqqında Diyarbəkirin qubernatoruna bildiriblər.
Qubernatorluğdan cavab olaraq: "Ola bilsin ki, Böyükşəhər Bələdiyyə başçısı Osman Baydemir başqa yerdə ziyarətdə olduğu üçün prezidenti qarşılağmağa gələ bilməyəcək", deyib.
Məsləhətçilər isə Baydemir prezidenti qarşılamağa gəlsə də, gəlməsə də bu ziyarərtin mütləq olacağını bildiriblər. Artıq proqram hazırlanır. Baydemir Gülə kürd problemləri və şəhəri bəzi gözləyən problemlərlə əlaqədar iki fayl təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB