Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə sərgi açılıb TƏDBİR
BMT-nin Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Muzey Mərkəzində sərginin açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, açılış tədbirində dövlət qurumları, BMT, Milli Məclis, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qonaqları salamlayaraq 70 il öncə Fransada ilk Ümümdünya İnsan hüquqları bəyənnaməsi haqqında məlumat verib. O bildirib ki, sənədin qəbulu ilə insan hüquqlarının bəşəriyyət səviyyəsində qəbulu bəyan edilib və dilindən, dinindən, cinsiyyətindən asılı olmayaraq hər kəsin azad hüquqlara malik olduğu bəyan edilib.
Sənədin 500-dən artıq dilə tərcümə edildiyini deyən Q.İshaqzai söyləyib ki, bəyənnamə inqilabi təsirə malikdir: "Siyasi, mülki, sosial, iqtisadi sahədə insan hüquqlarının formalaşmasında sənəd bir baza rolunu oynayır. Bəyannamə bu sahədə siyasətlərin, Konstitusiyaların formalaşmasında əsas olub, beynəlxalq insan hüquqları üçün təməl yaradıb. Bəyənnamə canlı sənəddir və gələcək nəsilləri maarifləndirəcək".
Sərgi haqqında fikirlərini bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi söyləyib ki, sərgi həmçinin dünya ölkələrində gender zorakılığının dayandırılması istiqamətində həyata keçirilən fəaliyyətlə eyni dövrə təsadüf edir: "Sərgi ilə əlaqədar olaraq görkəmli qrafik ustaları mühüm iş ortalığa qoyublar. Biz müəllifləri sərgidə nümayiş olunan əsərlərə görə təşəkkür edirəm. Bu cür mühüm bir gündə bizimlə olduğunuz üçün minnətdarıq".
İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxışında bildirib ki, sənədin tədricən dünyaya gətirdiyi prinsiplər daha sonra digər sənədlərdə, Konstitusiya, Konvensiyalarda öz əksini tapdı: "Sənəddən sonra iki pakt da qəbul olundu ki, burada insan hüquqları sahəsində bütün sahələr öz əksini tapıb. Azərbaycan Mədəniyyət Müxtəlifliyi haqqında Konvensiyaya qoşularaq hər kəsə öz istedadının özünün imkanları sayəsində bəyan etmək hüquqları verdi. Azərbaycan Respublikasının Dövlət müstəqilliyi dövründə qəbul etdiyi qanunlarda Bəyannamədə öz əksini tapan məsələlər yer alıb. Bərabərlik hüquqları Azərbaycanda 1918-ci ildə yaranıb. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyət dövründə qadınlara səsvermə hüququ verilib".
Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək bildirib ki, bütün yolların sonunda insan və onun hüquqları dayanır: "Nə qədər bəşəriyyət var, insan hüquqları olacaq və biz də bu hüquqlara öz töhfəmizi verməliyik. Hər kəsə uğurlar arzu edirəm".
Milli QHT Forumunun sədri Rauf Zeyni qeyd edib ki, insan hüquqları sahəsində bərabərliyin yaradılması çox mühüm haldır: "Azərbaycan 1991-ci ildə İstiqlal Bəyannaməsini qəbul edib, daha sonra isə BMT-yə üzv olub. Bu bizim üçün şərəfli tarixdir. Azərbaycan BMT-nin münasibətləri yüksək səviyyədədir. Xalqımızın hüquqları da nəzərə alınmaqla arzumuz insan və onun hüquqlarının yüksək səviyyədə qorunmasıdır. İnanırıq ki BMT-nin bundan sonrakı fəaliyyəti də buna yönələcək və növbəti tədbirlərimiz Şuşada, Qarabağda keçiriləcək".
Qeyd edək ki, sərgi üç gün davam edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB