"Rusiya Prezidenti Azərbaycan və Ermənistan arasında seçim etdi” ÖZƏL-ŞƏRH
“MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı əslində bir daha Putinin Paşinyana seçkiöncəsi siyasi bir testi idi. Yəni birmənalı şəkildə Azərbaycan və Ermənistan arasında seçim etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, həmin seçimdə Putin Azərbaycanı seçdi: “İkincisi, burada şəxsiyyətlərdən söhbət gedir. Ermənistanın baş nazirinin əvəzləyicisi və öz aləmində Ermənistanın gələcək baş naziri olmaq istəyən Paşinyanın şəxsiyyətinə olunan hörmətlə Azərbaycan Prezidentinin şəxsiyyətinə olunan hörmət arasında fərq əməlli-başlı ortada idi. Yəni iki böyük dövlətin başçısının arasında oturmaq hər adama müəssəl olmur. Rusiya hal-hazırda nəinki Ermənistana, bütün dünyaya birmənalı şəkildə göstərdi ki, o artıq Qafqazın seçimini edib və Qafqazdakı seçimi onun şəxsiyyətinə, eyni zamanda onun idarə etdiyi dövlətə hörməti olan cənab İlham Əliyev və Azərbaycandır. Paşinyanın kənarda otuzdurulması təsadüfi bir şey deyil. Yəni hal-hazırda Ermənistan Rusiya üçün kənarda qalan bir dövlətdir. Bu mənada ona öz yerini göstərdilər. Adətən yazılmamış diplomatik bir dil var. Yəni bunun gələcəyi yoxdur. Ola bilsin ki, sabahkı parlament seçkilərində Paşinyan üstünlük əldə etməsin. Yəni bu bir daha ortaya qoydu ki, şəxsiyyət, dövlət kimi də Azərbaycan və onun Prezidenti Rusiya üçün daha qiymətlidir. Təbii ki, bu Dağlıq Qarabağ məsələsinin həllinə də bir işarədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB