VHP Gənclər Təşkilatının yeni rəhbərliyi seçilib

VHP Gənclər Təşkilatının yeni rəhbərliyi seçilib

Dünən, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının (GT) növbəti IX Konfransı keçirilib. Konfransın işində 108 nümayəndədən 98 nəfər iştirak edib.

VHP Gənclər Təşkilatının mətbuat xidmətindən SİA-ya verilən zəbərə görə, yığıncağı Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Teymur İsmayılov açıb. Dövlət himni və VHP-nin marşı səsləndirilib. Sədarət, katiblik, mandat, say və redaksiya komissiyaları seçildikdən sonra konfrans işə başlayıb.

Konfransın sədri Murad Əhməd gündəlikdə duran məsələləri və konfransın reqlamentini elan edib. VHP Gənclər Təşkilatının sədr Pərviz Həsənov hesabat məruzəsi ilə çixiş edib. O, təşkilatın keçdiyi yol, ötən konfransdan keçən müddət ərzində görülmüş işlər, təşkilatın fəaliyyəti, seçkili orqanların işləri və digər məsələlər barədə məlumat verib.

Sonra VHP Gənclər Təşkilatı Nəzarət-Təftiş Qrupunun katibi Niyaz Ağasəfoğlu çıxış edərək, təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdiklərini. Konfrans iştirakçılarından Tural Səfərli, Salman Hüseynov, Mürsəl Həsənov da təklif və rəylərini bildiriblər.

VHP sədr Sabir Rüstəmxanlı öz çıxışında ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, VHP-nin proseslərə yanaşması və fəaliyyəti barədə məlumat verib. Gəncləri ictimai-siyasi proseslərdə aktiv olmağa çağıran millət vəkili "bu dövlətin gələcəyi sizlərin əlindədir, haqqınıza sahib çıxın" deyib: "Siz bilməlisiniz ki, gec-tez mən də sədrlikdən gedəcəyəm. İstəyirəm özünüzü bu vəzifəyə də hazırlayasınız. Mən VHP-ni ayıq, fəal və partiyanın gələcəyini düşünən gənclərə etibar etmək niyyətindəyəm".

VHP sədrinin müavini Nurəddin Mehdixanlı, Təşkilat Şöbəsinin müdri Samir Əsədli, VHP Nizami rayon təşkilatının sədri Məhəmməd Qadaşlı, VHP MNTK üzvü Sabir Kərimov, Siyasi Şura üzvü Ofelya Rəşidqızı və digər funksionerlər də cıxış ediblər. Sonda VHP Gənclər Təşkilatına sədr seçkisi keçirildi.

Sədrliyə Pərviz Həsənov, Emil Bağırov, Teymur İsmayılov və Tural Səfərli namizəd kimi irəli sürüldü. Pərviz Həsənov namizədliyini Emil Bağırovun xeyrinə geri götürdü, Tural Səfərli də namizədliyindən imtina etdi. İki namizəd seçkilərə qatıldı və keçirilən seçkinin nəticəsi olaraq Emil Bağırov VHP Gənclər Təşkilatının sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə