“Sosial şəbəkələrdə söyüşlə, təhqirlə, təxribatla, şantajla, şərlə ortaya çıxan bu insanlar əvvəldən özlərinin məkrli sifətlərini gizlətməyə çalışırdılar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, yəni adları çəkilən şəxslərin hansısa anti-Azərbaycan qüvvələrdən maliyyələşdiklərini hər dəfə biz vurğulayırdıq: “Lakin bu şəxslərin hər dəfə də heç yerdən pul almadıqlarını, sadəcə guya ki, “mübarizə” apardıqlarını otaya qoyaraq ictimaiyyəti çaşdırmağa çalışırdılar. Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında olan qalmaqaldan başqa da biz, Leyla Yunus, Emil Hüseynli və digərləri ilə də aralarında bu cür maliyyə və qrantların bölüşdürülməsi ilə bağlı problemlərin və qarşılıqlı ittihamların şahidi olmuşuq. Məhz adları çəkilən bu iki şəxs bir daha bizim dediklərimizi təsdiq edərək, özləri-özlərini fakt qarşısında qoydular ki, bəli, bunlar doğurdan da həmin mərkəzlərdən maliyyələşərək qrantlar almış və onlarında sifarişinə uyğun olaraq, Azərbaycana qarşı bu çirkin kampaniyalarda iştirak etmişdilər. Görünür ayrılan pulu bölə bilmədiklərinə görə, aralarında qarşıdurma yaranıb. Artıq onlar bir növ bunu ictimailəşdirərək həm də öz cildlərini ortaya qoydular, həm də bir növ nəyə qadir olduqlarını bir daha insanlara göstərdilər. Aydın məsələ idi ki, onlar Azərbaycanda olarkən xarici qurumlardan maliyyə yardımları alırdılar. Lakin artıq fakt göz qarşısındadır. Yəni adları çəkilən şəxslər özləri bir-birlərini ittiham edir. Bir sözlə, iç üzlərini özləri açırlar. Bu bir daha bunların “mübarizə” adı altında yəni heç bir sivil qaydalara sığmayan söyüş kampaniyasının arxasında məhz maliyyə qaynaqlarının durduğunu ortaya qoymuş oldu”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB