ABŞ Əfqanıstanla bağlı digər ölkələrə müraciət edib

ABŞ Əfqanıstanla bağlı digər ölkələrə müraciət edib

Artıq uzun müddətdir ki, Əfqanıstanda münaqişə davam edir və ABŞ münaqişənin həlli ilə bağlı digər ölkələrə müraciət edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib.

"Biz Hindistan yarımadasında sülhün yaradılması, eləcə də Əfqanıstanda müharibəyə son qoyulması istiqamətində məsuliyyətl ölkələr axtarırıq. Əfqanıstanda artıq 40 ilə yaxındır ki, müharibə davam edir. Bu kifayət qədər uzun müddətdir. Sülh və daha yaxşı dünya qurmağa çalışanların BMT-ni dəstəkləmək vaxtı çatıb",- deyə Mettis qeyd edib.

"Biz bu yoldayıq, əfqan xalqını qorumaq üçün diplomatlar tərəfindən addımlar atılır", - deyə nazir əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə