"Ermənilərin bir qismi Avropaya, digəri Kanadaya üz tutub" ÖZƏL-ŞƏRH

"Ermənilərin bir qismi Avropaya, digəri Kanadaya üz tutub" ÖZƏL-ŞƏRH

“Ermənistan Suriyaya humanitar yardımlarını davam etdirəcək". Bunu Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi David Tonayan deyib.

Erməni KİV-nə müsahibə verən Tonayan Ermənistanın Suriya xalqına əlindən gələn humanitar yardımı göstərəcəyində qətiyyətli olduğunu bildirib: “Suriyada yaşayan ermənilərin durumu haqqında ciddi bir bilgiyə sahib idik. Ona görə də Ermənsitan hökuməti bu qərarı dəstəklədi. Suriyadakı erməni xalqı Suriyanın böyük etnik məskunlaşma yerlərindən biri olan Qamışlı daxil olmaqla, fərqli bölgələrə parçalanmış vəziyyətdədir. Oradakı soydaşlarımızın sayının azalması bizi narahat edir. Xalqımız min illərdir yaşadığı torpaqlarda yaşamaq haqqından məhrum edilir. Bu, acı bir həqiqətdir. Təhlükəsizliyin təmin edilməsi, maraqlarımızın müdafiəsi üçün hələ də çətin vəziyyətdə olanların aqibətini az da olsa, rahatlatmaq adına humanitar yardım etmək qərarı verilmişdi. Biz təkcə erməni xalqına deyil, bütün Suriyaya yardım edirik”.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Ehtiram Aşırlı deyib ki, Ermənistan Müdafiə Nazirliyi keçən ilin sentyabr ayında Suriyaya humanitar yardım göndərmək niyyətində olduğunu bildirmişdi: “Tonoyan bu açıqlamasını Moskva ilə əlaqələrin normallaşması istiqamətində atılmış addım olaraq qiymətləndirilməlidir. Digər önəmli bir fakt isə Serj Sərkisyan dövründə də Suriya humanitar yardım göndərildiyi məlumdur. Hətta o dövürdə erməni KİV-də çıxan məlumatlara əsasən həmin humanitar yardımad altında Suriyada yaşayan erməniləri ölkəyə gətirərək işğal olunmuş Azərbaycan torpağı Qarabağda və ölkənin müəyyən şəhərlərində yerləşdirilirdi. Həmçinin onların yaşayışını təmin etmək üçün yeni binaların tikilməsi barədə qərarların qəbul edildiyi bilinməkdədir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, bəzi mənbələrdə 20 minə yaxın bəzi mənbələrdə isə 15 minə yaxın erməni Suriyadan gətirilərək Ermənistanda yerləşdirilib. Təbii ki, bu addımı atmaqda əsas məqsəd ölkədəki demoqrafik vəziyyəti düzəltmək üçün nəzərdə tutulmuşdu, lakin erməni KİV-də yayılan məlumatlara əsasən işsizlikdən əziyyət çəkən həmin erməni vətəndaşların müəyyən bir qismi Avropaya və Kanadaya üz tutub.

Fikrimcə, Ermənistan növbəti dəfə humanitar yardım adı altında orada yaşayan erməni vətəndaşlarına yalan vədləri verərək ölkəyə gətirməyi planlaşdırırlar. Beləcə ölkədəki demoqrafik vəziyyəti qismən də olsa bərpa etməyə çalışırlar. Digər tərəfdən, hesab edirəm ki, yaxın zamanlarda Suriyada yaşayan ermənilərin ölkələrinə qayıtmalarına dair xəbərlərə də rast gələcəyik. Bir sözlə, əsas məqsəd humanitar yardım adı altında orada yaşayan ermənilərin ölkəyə qaytarılmasıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə