Ermənilərin SU-25-i tapıldı DƏRƏYƏ DÜŞÜB

Ermənilərin SU-25-i tapıldı DƏRƏYƏ DÜŞÜB

Ermənistanın hərbi hava qüvvələrinə məxsus SU-25 təyyarəsi ölkənin şimal-qərbində yerləşən Şirak vilayətinin Berdzraşen kəndi yaxınlığındakı dərədə tapılıb. SİA xəbər verir ki, bu barədə kriminal xəbərlər yayan Sjamshyan.com məlumat yayıb. Qeyd olunur ki, hərbi təyyarə dərədə tapılıb və əlavə heç bir məlumat verilmir.

Xatırladaq ki, bu gün səhər saat 10:20 radələrində Ermənistanın hərbi hava qüvvələrinə məxsus SU-25 təyyarəsi gündəlik plana uyğun təlim-məşq uçuşu həyata keçirərkən, radarlardan itib. Hərbi təyyarə Gümrü şəhərinin aeroportundan saat 10:06 radələrində havaya qalxıb. İnsidenti Ermənistanın müdafiə nazirliyi də təsdiqləyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə