KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı irəli sürülən ittiham növbəti siyasi məqsəd daşıyır. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalistlərlə söhbətində Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq direktoru, Respublika partiyasından deputatlığa namizədliyi irəli sürülmüş David Şahnazaryan deyib.
Onun sözlərinə görə, məhz bu hadisədən sonra, Ermənistan hakimiyyətinin baş katib postunun yenidən ölkə təmsilçisinə veriləcəyi ilə bağlı inamlı bəyanatları yalan idi: “Bu məsələ təxirə salınıb və ona görə təxirə salınıb ki, ümumi razılıq yoxdur – Xaşaturovun vəzifəsinə Belorus təmsilçisi seçiləcək, yoxsa hazırkı müavin”.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB