Tural Sadıqlı-Məhəmməd Mirzəli “aksioması” REALLIQ

Tural Sadıqlı-Məhəmməd Mirzəli “aksioması” REALLIQ

Şərəfsizlik simvollarının özlərinə yaratdıqları faciə

Bir-birlərini kirli qrant üstündə söyüb-təhqir və ifşa edən Tural Sadıqlı ilə Məhəmməd Mirzəli adlı avropalı “siyasi mühacirlər” haqqında şok doğuracaq həqiqətlər bitib-tükənmir. Belə ki, hələ bir müddət öncə, T.Sadıqlı haqqında gedən şok faktlar onun “kimliyini” sübuta yetirmişdi. Avropa küçələrində müxtəlif “aksiyalarla” Azərbaycanın dövlət maraqlarına və atributlarına qarşı hörmətsizlik edən “siyasi mühacirlərin” gah bu, gah da digər hallarda “sosial və siyasi ədalət” axtarışına çıxmaları onlar barədə növbəti araşdırmaları aparmağa səbəb olur.

Məsələn, T.Sadıqlı hələ 2 il öncə, Almaniyanın Nürenberq şəhərində qaçqın statusunda yaşayarkən, bir xoşməramlı ailə onu necə deyərlər, “baş-göz”, yəni evləndirmək qərarına gəlib. Bu məqsədlə Sadıqlını evləndirmək istəyən ailə Moskvada yaşayan digər dost ailənin qızını onunla tanış ediblər və nədənsə Tural qızın ailəsinə Almaniyada daimi yaşayış izni olduğunu yalan söyləyib (?!-R.R.) Halbuki, o, bu yalanı ilə başqa bir ailənin heysiyyatı ilə oynayıb və qızı Nürenberqə gətirəndən sonra onu qaçqın statusu ilə düşərgəyə yerləşdirib. Düzdür, o toy da edib, həmin qızla evlənsə də...

Beləliklə, evləndiyi gündən özünə həyat yoldaşı etdiyi həmin qıza gün-güzəran verməyən T.Sadıqlı demə həyatda özünü “ədalət carçısı” göstərdiyi kimi heç insan da deyilmiş. Buna sübut kimi, onun hər gün həyat yoldaşını vəhşicəsinə döyməsi və nəticədə arvadının iki dəfə xəstəxanaya düşməsi faktını göstərmək olar. Belə davam edə bilməyəcəyini görən xanım, T.Sadıqlıdan ayrılmaq qərarını verib, özü də dörd aylıq hamilə (! –R.R.) olduğu bir vəziyyətdə.

Sonrakı məqamlar da diqqət yetirsək görərik ki, T.Sadıqlıdan ayrılan xanımına Almaniya dövlətinin müvafiq qurumları və Nürenberqdə yaşayan azərbaycanlı ailələr dəstək olublar. Çünki onun ailəsi bu gün də Rusiya vətəndaşlarıdırlar və Moskva şəhərində yaşayırlar. Ancaq daha dəhşətlisi budur ki, qız övladının ailə bədbəxtçiliyinə, daha doğrusu T.Sadıqlının öz həyat yoldaşının başına gətirdiyi faciələrə dözə bilməyən qız atası baş verən hadisələrdən sonra kəskin infarkt keçirir və 42 yaşında həyatını itirir. Ancaq bir ailənin taleyinə bu qədər mənəvi və fiziki zərbələr vuran T.Sadıqlının baş verənlərdən “tükü belə tərpənmir”! Çünki onun üçün nə mənəviyyat, nə də ləyaqət amilləri mövcud deyil. Onun üçün ən başlıcası erməni lobbisinin Azərbaycan əleyhinə istiqamətləndirdiyi qrant pullarıdır!

Lakin maraqlı məqam həm də budur ki, T.Sadıqlı hələ də daimi oturum izni ala bilməyib. Çünki onun keçmiş həyat yoldaşı ondan bir qız övladı dünyaya gətirsə də, Almaniya hökumətinin müvafiq qurumlarından Turalı atalıqdan məhrum edən sənəd alıb. Əlbəttə ki, burada T.Sadıqlının onu iki dəfə möhkəm döyərək, xəsarətlər yetirərək xəstəxanaya yerləşdirilməsindən tutmuş, digər bəd əməlləri onun daimi oturum izni almaq şansını sıfıra endirib.

O da bəlli olub ki, T.Sadıqlı Almaniya qanunlarına zidd olaraq, miqrant alveri ilə məşğul olub. Daha doğrusu, “siyasi” və s. mühacirləri aldadaraq, onlara oturum izni alacağı vədlərini verərək, pullarını mənimsəyib. İndi isə, bu kimi dələduzluq faktları ortaya çıxdıqdan sonra necə deyərlər, izi-tozu itib. Uzağı sosial şəbəkə vasitəsi ilə yayımlara qoşularaq, özünü “ortalıqda” olduğu kimi göstərir. Halbuki, T.Sadıqlı Almaniya polisi tərəfindən axtarışa verilib və onun həbsi an məsələsinə çevrilib.

Bu arada, T.Sadıqlıya düşmən kəsilən Məhəmməd Mirzəlinin də həyatını araşdırarsaq, onun hansı yuvanın quşu olduğunu müəyyən edərik. Bu gün “kişilikdən” dəm vuran M.Mirzəli demə, Bakıda olarkən, min-bir oyunlardan çıxıb, hətta beynəlxalq LGBT təşkilatına siyasi və s. dəstəyini də göstərib. Əbəs deyil ki, o T.Sadıqlıyla pul davası döyərkən, qarşı tərəfin “şərəfsiz” söyüşünə tuş gəlib. Amma bundan necə deyərlər, “tükü də tərpənməyib”. Çünki şərəfin nə olduğunu billmir və sözün həqiqi mənasında qanmır da. Görünür, arvadının ona hər gün “şərəfsiz” deyə xitabından öyrəncəli olub. Çünki özü də etiraf edir ki, arvadı ona hər gün məhz “şərəfsiz” deyirmiş. Bu baxımdan, M.Mirzəlinin LGBT kimi təşkilatlara dəstək verməsi arxasında onun “şərəf” sözünü anlamaması ilə əlaqələndirmək mümkündür. Tural Sadıqlı-Məhəmməd Mirzəli “aksiomasını” da bu şərəfsizlik simvollarının özlərinə yaratdıqları faciə kimi qiymətləndirmək olar.

Beləliklə, bu gün Avropanın küçələrində var-gəl edənlərin hərəsinin “acı” və “ağır” taleləri demə, şərəfsizliyin əsasında dayanıbmış və bizlər bundan sonra istər adları çəkilənlərin, istərsə də onların ətrafındakıların barəsində hələ çox həqiqətləri eşidəcəyik. Çünki həqiqəti sandıqda gizlətsən belə, qıfılın açar deşiyindən sivişib, ortaya çıxacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə