Ərdoğan: "Türkiyə soyqırımı törətməkdə ittiham edilə bilməz"

Ərdoğan: "Türkiyə soyqırımı törətməkdə ittiham edilə bilməz"

Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğan Buenos-Ayresdə G20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında erməni mənşəli aregntinalı jurnalistin sualına cavab olaraq Türkiyənin 1915-ci ildə "erməni soyqırımı" ilə bağlı olmadığını bildirib.

"Türkiyə ermənilərə qarşı soyqırım törətməkdə ittiham edilə bilməz. Bu müzakirələri tarixçilərə buraxaq. Bu, bizim tariximizin hissəsi deyil, lakin məsələ ilə bağlı istənilən müzakirəyə hazırıq ", - deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti ölkənin hakimiyyət orqanlarının ölkədəki erməni əhalisinə qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini və hazırda ölkəsində 100 minə yaxın erməninin yaşıdığını söyləyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə