Gürcüstan müxalifəti ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin dəyişdirilməsi ilə bağlı tələbinin həyata keçməsini məhkəmə yolu ilə həll etmək fikrindədir SİA Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu barədə ötən gün mitinqdə çıxış edən “Güc birlikdədir” müxalifət koalisiyasından prezidentliyə namizəd olmuş Qriqol Vaşadze deyib.
Seçkilərin nəticələrinə görə, ikinci tura qalmış seçkilərin nəticələrinə görə o, Salome Zurabişviliyə az səslə uduzub. Bildirilir ki, Salome Zurabişvilini hakim “Gürcü arzusu” partiyası dəstəkləyib.
Vaşadzenin sözlərinə görə, müxalifət növbədənkənar parlament seçkilərinin də keçirilməsini tələb edir. Nümayişçilər hakimiyyətin onların tələblərinin dekabrın 16-dək təsdiqlənməsini istəyiblər. Belə ki, həmin gün prezidentin inaqurasiyası baş tutacaq. “Əgər tələblər yerinə yetirilməsə, müxalifət növbəti addımlarını tətbiq edəcək”, deyə Vaşadze bildirib, lakin o, bu addımların nədən ibarət olacağını deməyib.
Nümayişçilər qarşısında ölkəyə giriş qadağası qoyulmuş Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də skayp vasitəsi ilə çıxış edib. O, deyib ki, lazım olarsa, Gürcüstana gələ və etirazçılara qoşula bilər.
Xatırladaq ki, müxalifət tərəfdarları prezident seçkisinin nəticələrini tanımadıqlarını deyir və hakimiyyətin seçicilərə təsir etdiyini iddia edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB