YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsidir.
Proqram üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və müxtəlif sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır.
Proqram haqqında məlumatları http://portal.unesco.org/en/ev.php-URL_ID=11714&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html internet ünvanından əldə etmək mümkündür. Proqramda iştirak etmək arzusunda olan namizədlər təmsil etdikləri qurumdan müvafiq tövsiyə məktubu ilə birgə sənədlərini 10 yanvar tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova, tel: 496 33 11 - 248) təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB