Azərbaycan üçün BTİ tərəfindən ayrılmış orbital mövqelərin imkanlarının artırılması üçün təkliflər hazırlanacaq
Azərbaycan Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar qəbul edib. SİA-nın verdiyi xəbərə görə, Nizamnamədə ASC-nin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərildiyi qeyd olunur.
Həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən "Azərkosmos"un əsas məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarətdir. Bu məqsədə uyğun olaraq ASC qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi çərçivəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, peyk və peyk sistemləri vasitəsilə peyk rabitəsi, telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti, radio və televiziya yayımı, habelə məsafədən qəbuletmə, şəkil çəkmə üzrə xidmətlərin təşkil edilməsi və göstərilməsi kimi tədbirləri həyata keçirəcək.
"Azərkosmos" fəaliyyəti çərçivəsində həmçinin Azərbaycan üçün Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ayrılmış orbital mövqelərin imkanlarının artırılması üçün təkliflər hazırlayacaq, orbital mövqelər üzərində hüquqların qorunması və beynəlxalq peyk rabitəsi təşkilatlarında iştirak və əməkdaşlıqla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlər görəcək və digər mühüm məsələlərin icrasını təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB