Aleksandr Lukaşenko qalib gəlib

Dekabrın 24-də Belarus Mərkəzi Seçki Komissiyası dekabrın 19-da keçirilmiş prezident seçkilərinə rəsmi yekun vurub. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən seçicilərin 79,65 faizi ölkənin hazırkı Prezidenti Aleksandr Lukaşenkoya səs verib.

Qriqori Kostusyev 1,97 faiz, Aleksey Mixalyeviç 1,02 faiz, Vladimir Neklyayev 1,78 faiz, Yaroslav Romançuk 1,98, Vitali Rımaşevski 1,09 faiz, Andrey Sannikov 2,43 faiz, Viktor Tereşşenko 1,19 faiz, Dmitri Uss 0,39 faiz səs toplamışlar. Seçicilərin 6,47 faizi bütün namizədlərin əleyhinə səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə