YAP Səbail rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi keçirilib

YAP Səbail rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə hakim partiyanın sədr müavini, icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və müavini Bahar Muradova, partiya funksionerləri, YAP-dan olan millət vəkilləri iştirak ediblər.

Açılış mərasimində iştirak edən YAP-ın sədr müavi, icra katibi, millət vəkili Əli Əhmədov yeni inzibati binanın prezident İlham Əliyevin doğum günündə açılmasının böyük əhəmiyyət daşıdığını bildirib. Ə.Əhmədov həmçinin qeyd edib ki, cari il partiya sıralarına 25 min yeni üzv qəbul olunub.

Tədbirin davamında çıxış edənlər yeni binada yaradılan şərait barədə ətraflı məlumat veriblər. Sonda YAP rəhbərliyi yeni istifadəyə verilən bina ilə tanış olub və bu binanın tikintisinə rəhbərlik edən şəxsə avtomobil hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə