Əli Əhmədov: "İlham Əliyevin prezidentlik etdiyi 7 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib" - AÇIQLAMA
"Prezident İlham Əliyevə hər şeydən əvvəl can sağlığı, uğurlar, yeni-yeni nailiyyətlər, ölkəmizin inkişafı naminə daha böyük qələbələrin əldə olunmasını arzu edirik". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi millət vəkili Əli Əhmədov prezident İlham Əliyevin doğum günü ilə əlaqədar keçiilən ağacəkmə aksiyasında verdiyi açıqlamasında deyib. O bildirib ki, hər bir vətəndaş birmənalı şəkildə dərk edir ki, Azərbaycanın nailiyyətləri, uğurları, inkişafı, gələcəyi İlham Əliyevin fəaliyyəti, onun həyata keçirdiyi siyasətlə bağlıdır.
Ə.Əhmədovun sözlərinə görə, dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu quruculuq siyasəti ilə əlaqədardır. Sədr müavini vurğulayıb ki, İlham Əliyevin prezidentlik etdiyi 7 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib: "Azərbaycanın iqtisadiyyatından tutmuş, ölkə həyatının bütün sferalarında böyük dəyişikliklər baş verib. Hər şeydən əvvəl məmnunluq hissi ilə onu qeyd etmək istəyirəm ki, Heydər Əliyevin neft strategiyasının çox əhəmiyyətli bir sahəsi olan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin istifadəyə verilməsi, Azərbaycanın iqtisadi cəhətdən dünyada inkişaf etmiş ölkəsinə çevrilməsi, büdcəmizin 10 dəfədən çox artması, digər iqtisadi göstəricilər və yüksək nailiyyətlər məhz bu 7 ilə təsadüf edir. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun, hörmətinin əhəmiyyətli dərəcədə artması, onun bir tranzit ölkə kimi mövqelərinin möhkəmləndirilməsi, bir çox regional, beynəlxalq, iqtisadi və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın dünyada və beynəlxalq aləmdə əhəmiyyətinin artmasından xəbər verən amillərdir. Təbii ki, cəmiyyət bütün bunların hamısını Prezidentimizin həyata keçirdiyi siyasətin nəticələri kimi qəbul edir".
Bundan sonrakı illərdə də prezidentimizin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadiyyatının, xalqın sosial həyatının, ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənəcəyini deyən YAP sədrinin müavini bildirib ki, bu günə qədər ölkəmizin qarşısında mühüm bir məsələ olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da öz həllini tapacaq.
"Bir daha fürsətdən istifadə edib, ölkə başçısını ad günü münasibətilə təbrik edir, onun müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsində daha əhəmiyyətli, daha ciddi qələblərin əldə olunmasını arzu edirəm", - deyə Ə.Əhmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB