“Rusiya dövlətinin siyasi dairələri bundan nəticə çıxarmalıdır" ÖZƏL-MÖVQE

“Rusiya dövlətinin siyasi dairələri bundan nəticə çıxarmalıdır" ÖZƏL-MÖVQE

“İstərdim ki, Ermənistanda Rusiyaya qarş kampaniya daha geniş vüsət alsın. Bu mən tərəfdən çox arzuolunandır. Çünki bu dövlətin yaranmasının və bu günə kimi mövcud olmasının, eyni zamanda onun bizə qarşı olan mühaibədə müvəqqəti də olsa uğur qazanmasının əsl səbəbkarı Sovet hökuməti və Rusiya olub. Yəni artıq bunlar özlərinin iç üzünü göstərirlər və maskaları yırtılıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, artıq ruslar özləri etiraf və təsdiq edirlər ki, bunlar bütün tarixboyu belə nankor, çörək itirən, xəyanatkar olublar: “Bu gün də həmin hərəkətlər bu keyfiyyətləri bird aha sübut edir. Yəni qoy Rusiya dövlətinin siyasi dairələri bundan nəticə çıxarsınlar. Ermənistanda bu istiqamətdə getdikcə etirazlar güclənir. Bu Ermənistanın məhvinə apara biləcək bir hərəkətdir. Təbii ki, bu bizim xeyrimizədir. Çünki Paşinyan dəstəsini hakimiyyətə gətirən, onları ruhlandıran, onlara ümid verən Qərbdir. Buna görə də onlar tələblər qoyurlar ki, Rusiyanın 102-ci hərbi bazası ölkədən çıxsın və biz axır ki, Rusiya müstəmləkəsindən xilas olmalıyıq. Təbii ki, bu onların nankorluğunu, xəyanatkarlığını sübut edir. Bu ruslara dərs olmalıdır ki, Qarabağ məsələsində ədalətli mövqe tutsunlar. Ermənilərin biclikləri çoxdur. Hesab edirəm ki, Rusiya ermənilərin bu nankorluğunu bağışlamayacaq. Beləcə onlar Rusiya tərəfindən lazımi zərbəni alacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə