Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 24-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Birinci vitse-spiker burada “Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusunda beynəlxalq parlament konfransına qatılacaq.
Tədbirdə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, regional münaqişələrin həlli istiqamətində beynəlxalq təşəbbüslər və digər məsələlər müzakirə olunacaq.
Səfər noyabrın 26-da başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB