“Paşinyan bütün ehtimalla iqtisadiyyatın zəif inkişaf etdiyini, ölkəni idarə edə bilmədiyini və ümumiyyətlə bu işdə uğursuz olduğunu başa düşüb. Ona görə də yenidən yürüş təşkil etmək qərarına gəlib”. SİA-nın xəbərinə görə, bunu Ermənistanın Respublikaçı partiyasının mətbuat katibi Edvard Şarmazanov jurnalistlərə açıqlamasında deyib.
Jurnalistlər "Transparency İnternational" korrupsiyaya qarşı mübarizə mərkəzinin proqramlarının rəhbəri Varuzhan Oktanyanın bəyanatını xatırladaraq bildiriblər ki, mərkəz rəhbəri Paşinyanın regionlarına gedərkən inzibati resurslardan sui- istifadə etdiyini açıqlayıb.
Suala cavab verən Şarmazanov bu işlə Mərkəzi Seçki Komissiyasının məşğul olmasının vacibliyini qeyd edərək söyləyib ki, baş nazir vəzifəsini yerinə yetirən Paşinyan inzibati resurslardan sui- istifadə etməklə Seçki Məcəlləsini pozduğunu açıqlayıb. O bununla bağlı partiya tərəfindən bəyanat verdiyini də dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB