Şəmsəddin Hacıyev: “Bu gün universitetlərimizin distant təhsil sisteminə keçməyə hazır deyillər” - AÇIQLAMA
Bu gün Azərbaycanda distant təhsilə keçməyə həm şərait, həm də zərurət var. Bu barədə SİA-ya açıqlamasında ali məktəblərdə qiyabi təhsilin ləğvi ilə bağlı məsələyə münasibt bildirən Milli Məcllisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, dünyada təhsil necə təşkil olunursa, Azərbaycanda da elə olmalıdır. Onun sözlərinə görə, dünyanın heç bir yerində qiyabi təhsil yoxdur, bu ancaq MDB məkanındadır.
"Azərbaycanda İKT texnologiyaları çox sürətlə inkişaf edir. Bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Ona görə də biz distant təhsilə tədricən, tələsmədən keçməliyik. Bu gün universitetlərimiz tam olaraq distant təhsilə keçirilməsinə hazır deyillər. Təhsil Qanununda qiyabi təhsilin ləğv olunması ilə bağlı heç bir şey yoxdur. Təhsil Qanunu elə yazılıb ki, bundan sonra təhsilimizi hansı formada inkişaf etdirə bilsək və islahatları dərinləşdirmək istəsək Təhsil Qanunun qanunvericilik bazası buna imkan verir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB