Müdafiə Nazirliyi ATƏT nümayəndəsinin ermənilərin işğal etdikləri ərazilərdən atdıqları mərminin düşdüyü yerə baxış keçirməsi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ATƏT nümayəndəsinin ermənilərin işğal etdikləri ərazilərdən atdıqları mərminin düşdüyü yerə baxış keçirməsi ilə bağlı açıqlama yayıb

Azərbaycan Müdafiə Nazirliyi ATƏT nümayəndəsinin ermənilərin işğal etdikləri ərazilərdən atdıqları mərminin düşdüyü yerə baxış keçirməsi ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 17-si saat 21.30 radələrində Tərtərin Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan Silahlı Qüvvələri tərəfindən "Qrad" qurğusundan atılan reaktiv qəlpəli fuqas mərmisi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə müraciət edərək, hadisənin araşdırılması üçün səy göstərməsini ondan xahiş edib.

 

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tbilisi şəhərində yerləşən səhra köməkçilərindən birini oraya ezam edib.

 

Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olub və mərminin həqiqətən erməni mövqelərindən atıldığı təkzib olunmaz faktlarla onun nəzərinə çatdırılıb. Müdafiə Nazirliyi cəbhədə ciddi gərginliyə səbəb olmuş bu hadisədən sonra ATƏT rəsmilərinin hansı addımlar atacağını diqqətlə izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə