Ziyafət Əsgərov: “Sarkisyan çox söz deyər və bununla da xalqına psixoterapevt dərsi keçə bilər” - AÇIQLAMA

Ziyafət Əsgərov: “Sarkisyan çox söz deyər və bununla da xalqına psixoterapevt dərsi keçə bilər” - AÇIQLAMA

"Ermənistan heç bir müharibəni udmayıb. Biz hələ müharibəni qurtarmamışıq. Müharibənin birinci mərhələsi başa çatıb və müvəqqəti olaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağda və ona bitişik Azərbaycan ərazilərində yerləşdirilməsi bu müharibənin udması mənasına gəlmir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Ermənistan prezidenti Serj Sarkisyanın müharibəni udmaqla bağlı bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və həmin torpaqların azad olunması günü çox da uzaqda deyil: "Siz bunun şahidi olacaqsınız. Bu gün dünyada siyasi, hərbi, vəziyyət bu problemlə bağlı Azərbaycanın xeyrinə dəyişir. Və gözəl günlərin birində bu vəziyyətin Azərbaycanın xeyrinə dəyişəcəyinə inşallah siz şahidi olacaqsınız".

 

Ziyafət Əsgərov Ermənistan prezidenti Serj Sarkisyanın müharibəni udmaqla bağlı bəyanatına münasibət bildirərkən əlavə edib ki, Sarkisyan bunu özünü və xalqını sakitləşdirməkdən ötrü deyir: "Sarkisyan çox söz deyər və bununla da xalqına psixoterapevt dərsi keçə bilər. Amma biz real işlə məşğuluq. Biz bilirk ki, ərazimiz işğal olunub. Milyondan artıq məcburi köçkünümüz var. Onların normal həyat şəraitini təmin etmək üçün torpaqlarımızı mütləq azad edəcəyik. O gün də çox uzaqda deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə