Cənubi Koreya Şimali Koreya sərhədi yaxınlığında hərbi təlimlərə başlayır
Cənubi Koreya sabah Şimali Koreya sərhədi yaxınlığında əsas hərbi təlimlərə başlayacağını elan edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Yonpyonq adasında həqiqi güllələrdən istifadə olunan hərbi təlimlərdən 3 gün sonra keçiriləcək növbəti hərbi manevrlər regionda gərginliyi artırıb.
Cənubi Koreyanın hərbi dəniz qüvvələri də ölkənin şərq sahillərində ənənəvi atəş və sualtı gəmilərə qarşı 4 günlük təlimlər keçirir. Rəsmilər deyir ki, cənub sərhədindən cəmi 20 kilometr aralıda olan Poçeonda keçirilən hərbi manevrlər həcminə görə əvvəlkilərdən daha genişmiqyaslı olacaq. Buna səbəb keçən ay 4 nəfərin ölümü ilə nəticələnən Şimali Koreyanın Yonpyonqda artileriya hücumudur. Təlimlərdə qırıcı təyyarələr, vertolyotlar, tanklar və özü atəş açan K-9 silahlarından istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB