"İrates": "Paşinyanın övladları nəyə görə xaç suyuna çəkilməyiblər?"

"İrates": "Paşinyanın övladları nəyə görə xaç suyuna çəkilməyiblər?"

Nikol Paşinyanın dörd övladının heç biri Ermənistanın Apostol kilsəsində xaç suyuna salınmayıb. SİA xəbər verir ki, bu barədə “İrates” nəşri yazıb. Erməni nəşrinə görə, ictimai-siyasi kuluarlarda uzun müddətdir ki, gedən söz-söhbətlər artıq sosial şəbəkələrdə də fəal müzakirə obyektinə çevrilib.

Qəzet Paşinyanın böyük övladı Aşotun Ermənistan ordusunda hərbi xidmət keçdiyini xatırladıb və bəziləri onun xaç suyuna salınmamasını mümkünsüz hesab edirlər. “Necə ola bilər ki, xaç suyuna salınmamış şəkildə hərbi xidmətə getsin?”, deyə sual olunur.

“Biz, bu faktı parlament deputatı, Nikol Paşinyanın arvadı Anna Akopyanın qardaşı vasitəsi ilə dəqiqləşdirmək istədik, hansı ki, o uşaqların deyəsən xaç suyuna salındıqlarını deyib, lakin bir neçə saatdan sonra o özü bu məsələni dəqiqləşdirərək bizə yaxınlaşdı və uşaqların xaç suyuna salınmadıqlarını bildirdi. Nəyə və hansı səbəblərə görə isə bilmədiyini dedi”, erməni qəzeti yazıb.

Qeyd edək ki, xristian dini adət-ənənələrinə görə, yeni anadan olmuş uşaqlar kilsəyə aparılaraq, orada keşişin iştirakı ilə "müqəddəs xaç suyuna" çəkilirlər. Məhz bundan sonra həmin uşaq əsl xristian kimi tanınır. Xüsusilə, Ermənistanın Apostol Kilsəsi bu kimi məsələyə həssaslıqla yanaşır və nəzərə alarsaq ki, son vaxtlar Paşinyan hakimiyyəti ilə Eçmiədzin arasında soyuq münasibətlər yaranıb, bu zaman onun barəsində irəli sürülən iddialar da həqiqəti əks etdirmiş olur.

Xatırladaq ki, erməni ictimai rəyində Nikol Paşinyanın ateis olduğu barədə çoxsaylı fikirlər səslənir və bu iddia onun eynicinslilərin evliyili, homoseksual və lesbiyanlara azadlığın verilməsi, həmçinin, kilsə nikahına qarşı çıxması ilə də əlaqələndirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə