"Reallığı dəyərləndirmək istəməyəndə günahlandırmaq asan olur" ÖZƏL-ŞƏRH

"Reallığı dəyərləndirmək istəməyəndə günahlandırmaq asan olur" ÖZƏL-ŞƏRH

“Azərbaycan mətbuatı bu gün öz inkişaf mərhələsini yaşayır. Bu, ölkədə yaradılmış söz- mətbuat azadlığı şəffaf və demokratik mühitə söykənir. Mətbuatın özü də rəqabətə davamlı olmalı, şəffaf, qərəzsiz, operativ və maraqlı yazıları ilə özünə oxucu qazanmalıdır. Hansı orqanlar ki, məlumatları operativ və qərəzsiz çatdırır öz auditoriyasını qazana bilibdir, onlar fəaliyyət göstərirlər və əhatə dairəsi də günü–gündən genişlənir. Hansılar ki, günün tələblərinə cavab vermir, zamanla ayaqlaşa bilmir yaşaya bilmir və aradan çıxır. Bu bazar iqtisadiyyatının qanunudur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, əgər bir jurnalist özünü mətbuatçı kimi deyərək şantajla pul qazanırsa reket jurnalisti deyilməyib ona ayrı nə ad vermək olar: “Belə jurnalistin reketlə nə fərqi var ki? Bəli, belə əqidəli jurnalistləri reket adlandırmalı və cinayət məsuliyyətinə cəlb edilməlidir. Qaldı ki, Arif Əliyevin medianı peşəkarlar idarə etməlidir və bu günki mətbuatın fəaliyyətini düzgün qura bilmədiyini deməsini tamamilə düzgün saymıram. Bəzi ölkələrdən fərqli olaraq dövlətimiz mətbuatın inkişafına daima dəstək durur, qabaqacıl media orqanlara maliyyə yardımları göstərilir, mətbuat işçiləri mənzillərlə təmin olunur. Burda pis nə var ki? Əgər dövlət mətbuata dəstək durmasaydı deyəcəkdi ki, dövlət mətbuatın inkişafına heç bir dəstək göstərmir. Yəni, reallığı dəyərləndirmək istəməyəndə günahlandırmaq asan olur.

27 il müstəqil fəaliyyəti olan Azərbaycan mətbuatın əhatə dairəsi 100 illər fəaliyyət göstərərək dünyada özünə auditoriya qazanmış “Vaşiqton Post”la və yaxud digər orqanlarla müqayisə etmək heç də düzgün deyil. Bununla belə Azərbaycan mətbuatı beynəlxalq aparıcı dillərdə xəbərlər yaymaqla dünya auditoriyasına qədəmlərini qoymaqdadır və bunu ancaq alqışlamaq lazımdır. Arif Əliyev medianı peşəkarlar idarə etmir deməklə yox, bu günki Azərbaycanın beynəlxalq uğurları barəsində danışsaydı daha yaxşı olardı. Düşünürəm deyilən sözlər həqiqəti əks edəndə daha maraqlı olur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə