Keçmiş nazir: "Paşinyan fəaliyyətsizliyində xalqı günahlandırır" MÖVQE

Keçmiş nazir: "Paşinyan fəaliyyətsizliyində xalqı günahlandırır" MÖVQE

"Baş nazir vəzifə yerinə yetirən inamla hakimiyyətin səhvlərini etməyə başlayır, və öz fəaliyyətsizliyində xalqı günahlandırmağa çalışır". SİA-nın xəbərinə görə, bu fikirləri Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyan öz "Facebook" səhifəsində Paşinyanın fikirlərini şərh edərkən deyib.

"Xalqımız tamamilə əks-inqilab görünür. Baş nazirdən iş yeri, pensiya və infrastruktur tələb edir. Elə bil hakimiyyətin başqa görəcəyi iş yoxdur... Paşinyan baş nazir olmaq üçün səs toplamağa çalışarkən hakimiyyətin səhvlərini edir və öz fəaliyyətsizliyini isə insanların üzərinə atmağa çalışır.

Cənab Paşinyan güc dünyasına xoş gəlmisiniz. İndi xəyal edə bilərsiniz, insanlar bundan sonra yol, məktəb, xəstəxana, pensiya və digər istəklərini məhz sizdən tələb edəcək. Bundan sonra yuxarıda sadalanan problemlərin həlli sizin öhdəliklərinizdir. Tənqid etmək əvəzinə çalışsanız daha yaxşı olar. Amma çalışmaq da asan iş deyil. Çıxışlarınızla insanları aldada bilməzsiniz. İnsanlar real iş yerlərinə ehtiyac duyurlar. Lakin bunun üçün investisiya və investorlar lazımdır. Belə davam etsə, ölkədə vəziyyət yalnız xarici siyasət sahəsində deyil, digər sahələrdə də vəziyyət gərginləşəcək. Belə etməyin!", - deyə keçmiş nazir söyləyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə