Millət vəkili: “Ali məktəblərdə də hicabla bağlı məsələni müzakirə edib bir qərara gəlmək lazımdır” - MÜNASİBƏT
Bu gün Azərbaycan demokratik, dünyəvi ölkə olduğundan orta məktəblərdə də vahid forma olmaldır. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev orta məktəblərdə hicabla bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, məktəbdə şagirdlərin bir-birindən fərqlənməsi düzgün deyil: "Bir neçə şagird məktəbə bahalı geyimdə, bəziləri normal vəziyyətdə, bir qismi isə hicabla gəlir. Bu da şagirdlər arasında fərqə, münasibətlərin dəyişməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq məktəblərdə vahid məktəbli formasının olmasının tərəfdarıyam. Bu hamıya şamil olunmalıdır, xüsusən də qızlara".
Tələbələr arasında hicabla bağlı məsələyə gəlincə, A.Hacıyev qeyd edib ki, ali məktəb xüsusi bir məsələdir və bunu müzakirə etmək lazımdır. Onun sözlərinə görə, orta məktəbdə hər şey aydındır, ali məktəbdə isə müzakirə edib bir qərara gəlmək lazımdır ki, hicab olsun ya olmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB