Ötən gün axşam Ermənistan silahlı qüvvələrinə məxsus “KamAZ” markalı yük maşınının Sünix vilayətində aşması nəticəsində dörd nəfər erməni hərbi qulluqçusu ölüb. SİA xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib. Ölən erməni hərbi qulluqçuları Nairyan Hayrapet Volodyeviç, Qasparyan Qrant Arayeviç, Unanyan Edqar Armenoviç, Melkonyan David Benyaminoviçdir.
Qeyd edək ki, aşan yük maşınında ümumilikdə 21 erməni əsgəri olub. Daha səkkiz nəfəri ağır bədən xəsarətləri alaraq, ümumilikdə 17 nəfər yaralanıb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB