Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən, məcburi köçkün uşaqlarının təhsil aldıqları orta məktəb rəhbərləri ilə telekörpü vasitəsi ilə görüş keçirib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, görüşdə qaçqın və məcburi köçkün uşaqlarının təhsil aldığı təxminən 25-dən artıq məktəb direktoru, həmçinin Təhsil İdarəsinin rəsmiləri iştirak edib.
Komissiya sədri telekörpü vasitəsi ilə qaçqın və məcburi köçkün uşaqlarının təhsil aldıqları məktəblərin məzunlarının göstəricilərinə nəzər salıb. Xüsusilə vurğulayıb ki, bu məktəbləri bitirən məzunların əksəriyyəti yüksək balla ali təhsil ocaqlarına daxil olan abituriyentlərdir.
Ümumilikdə görüş zamanı bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Əsasən bu kateqoriyadan olan təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB