“Növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndlərinin maaşlarının artırılması nəzərdə tutulub”. SİA-nın xəbərinə görə, bunu maliyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.
O bildirib ki, artıq Xarici İşlər Nazirliyi ilə birgə məsələ ilə əlaqədar İşçi Qrupu yaradılıb: “Həmin İşçi Qrupu işlərin qiymətləndirilməsi ilə məşğul olacaq. Bunun əsasənda da daha müvafiq təkliflər ali dövlət orqanlarına təqdim olunacaq”.
Şəhid ailələrinin vərəsə məsələsinə də toxunan S. Şərifov qeyd edib ki, bu məsələlərin maliyyə tutumuna baxmaq lazımdır: “Ümumi bu sahəyə ayrılan dövlət dəstəyi məsələsinə baxmaq lazımdır. Cənab prezident tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması 30 milyon vəsait ayırılıb. Bu da dövlət qayğısının başqa bir istiqamətidir. Ölkə başçımız bu məsələdə həmişə diqqətli olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB