Yaponiyanın xarici işlər nazirliyi hesab edir ki, ABŞ-da keçirilmiş aralıq seçkiləri prezident Donald Trampa zərbə oldu və bu amil onun gələcək siyasətinə öz mənfi təsirlərini göstərə bilər. SİA xəbər verir ki, bu barədə anonimliyinin qorunması şərti ilə NHK telekanalına nazirliyin rəhbərliyində təmsil olunan şəxs deyib. “Nümayəndələr palatasındakı yerlərin itirilməsi - bu prezident Trampa zərbə oldu və buna şübhə edilə bilməz”, deyə qeyd edən yaponiyalı adının çəkilməsini istəməyən XİN nümayəndəsi nəticədə Trampın öz siyasətində proteksionizm tendensiyasını gücləndirəcəyi, yaxud onu daha mülayim kursa yönəldəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkdiyini bildirib.
Lakin bununla yanaşı, proseslərin Yaponiya-ABŞ möhkəm münasibətlərinə təsir etməyəcəyini də deyən XİN nümayəndəsinin həmin sözlərini ölkənin nazirlər kabinetinin baş katibi və hökumətin rəsmi nümayəndəsi Yosixide Suqa da təkrarlayıb. O, bu gün bildirib ki, aralıq seçkilərinin nəticələri Tokio və Vaşinqton
Xatırladaq ki, ötən gün ABŞ-da aralıq seçkiləri keçirilib. ABŞ KİV-lərinin proqnozlarına görə, seçkilərin nəticələrinə əsasən, Nümayəndələr Palatasında daha çox yerə demokratlar sahibləniblər, Respublika partiyası isə Senat üzərindəki nəzarətini gücləndirəcək. Ölkənin prezidenti Donald Tramp isə aralıq seçkilərinin nəticələrini “gözlənilməyəcək qədər uğurlu” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB