Noyabrın 7-8-də Londonda Qadın millət vəkillərinin Dünya Konfransı keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edəcək.
Böyük Britaniya Parlamentinin Qadın və bərabərlik Nazirliyi ilə birlikdə keçirəcəyi konfransda qadınların siyasi həyatda rolu, bu sahədə qadınların səylərinin artırılması mövzularında müzakirələr aparılacaqdır.
Deputatımızın səfəri noyabrın 9-da başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB