Konyanın baş prokurorluğu Türkiyə ərazisində FETÖ terror təşkilatı ilə əməkdaşlıqlarına görə, 56 nəfər şübhəli şəxsin həbsi ilə bağlı sanksiya verib. SİA Anadolu Ajansı informasiya agentliyinə istinadən xəbər verir ki, artıq onlardan 17 nəfəri həbs olunub.
Reydlər bu gün səhər saatlarından başlayaraq, ölkənin 26 əyalətində baş tutub. Şübhəli şəxslər arasında silahlı qüvvələrdə xidmət edən və bu vasitə ilə terror təşkilatına insanları cəlb edən adamlar da var. Bununla yanaşı, həmin adamlar arasında terror təşkilatının “daxili imamları” deyilən şəxslər də var ki, onların da silahlı qüvvələr arasında olduqları bildirilməkdədir.
Xatırladaq ki, 2016-cı ilin 15 iyulunda Türkiyənin bir qrup əsgər və zabitləri dövlət çevrilişinə cəhd edərək, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı ələ keçirməyə çalışıblar. Əsas hadisələr İstambul və Ankarada baş verib və nəticədə 250 insan həlak olub. Qiyamçılar hesaba alınmasa, ümumilikdə 2 min nəfər yaralanıb.
Rəsmi Ankara bu hadisələrdə FETÖ terror təşkilatını və onun rəhbəri Fətullah Güləni ittiham edir. Bu cinayət üzrə Türkiyədə minlərlə şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB