ARDNŞ Sabunçu rayonunda ekoloji monitorinq keçirib

ARDNŞ Sabunçu rayonunda ekoloji monitorinq keçirib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi üçün ayrılan sahənin mövcud vəziyyətinin öyrənilməsi məqsədi ilə təkrar ekoloji monitorinq keçiriblər. Qurumun mətbuat xidmətindən SİA-ya vüerilə xəbərə görə, eyni zamanda ərazidə formalaşan suyun səviyəsinin ölçülməsi, su nümunələrinin götürülməsi, dib çöküntülərinin miqdarı və həcminin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq ölçmə işləri aparılıb, götürülən nümunələrin coğrafi koordinatları müəyyən edilən və iş prosesini əks etdirən görüntülər lentə alınıb. Monitorinq zamanı əvvəlcədən müəyyən edilən 15 nöqtənin dərinliyi ölçülüb, 5 müxtəlif nöqtədən su nümunələri, habelə dib çöküntüsü nümunələri götürülüb. Nümunələr analiz olunması üçün Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə