Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamaya məktub göndərərək ABŞ Nümayəndələr Palatasına gətirilməsi istənən saxta erməni soyqırımı ilə bağlı layihənin gündəliyə salınmamasını istəyib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı xarici işlər naziri Əhməd Davudoğlu verib.
Davudoğlu bu məsələnin Türkiyə-ABŞ əlaqələrinin üzərində Domokl qılıncı kimi sallanmasına izin verməyəcəklərini söyləyib.
2011-ci ilin büdcə müzakirələrində çıxış edən Davudoğlu saxta erməni soyqırımı layihəsinin qarşısının alınması ilə bağlı Türkiyənin səyləri haqda məlumat verib: "Biz artıq bu layihələrin Türkiyə və ABŞ arasındakı əlaqələrin üzərində Domokl qılıncı kimi asılmasına izin verə bilmərik. Bu çərçivədə baş nazirimiz də Obamaya bir məktub göndərib. Bu iftiralar qarşısında Türk milləti milli qürurunu qorumaqda qərarlıdır. Uca Məclisimizin də bu məsələdə göstərdiyi həssaslığı göstərəcəyinə əminəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB