Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan tanker dənizə endirilib
"Palmali" şirkətlər qrupunun Türkiyənin Yalova vilayətinin Altınova rayonunda Beşikdaş tərsanəsində inşa edilmiş "Mübariz İbrahimov" tankeri dənizə endirilib.
SİA-nın xəbərinə görə, bununla bağlı keçirilmiş mərasimdə ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov, "Palmali" şirkətlər qrupunun başçısı Mübariz Mənsimov və Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.
Həsən Zeynalov çıxışında deyib ki, Mübariz İbrahimov qəhrəmanlığı ilə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı məğlubedilməzdir. Bu qəhrəmanların müqəddəs qanı yerdə qalmayacaq və torpaqlarımız tezliklə azad olunacaqdır.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov bildirib ki, ermənilərlə döyüşdə qəhrəmanlıq nümayiş etdirmiş və Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman kimi şərəfli ada layiq görülmüş oğlunun adının qardaş ölkədə bu tankerə verilməsindən qürur hissi keçirir. Şəhid Mübarizin adı dənizləri də fəth edəcəkdir.
Sonra Milli Qəhrəmanın atası Ağakərim İbrahimov və anası Şamama xanım tankerin suya endirilməsini bildirən düyməni basıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB