"Demoqrafik problem bu gün də davam etməkdədir" "JOXOVURD"

"Demoqrafik problem bu gün də davam etməkdədir" "JOXOVURD"

“Joxovurd” qəzeyinin yazdığına görə, Ermənistan əhalisinin sayı azalmaqda davam edir. SİA-nın adıçəkilən nəşrə istinadına görə, bununla bağlı ölkənin statistika komitəsinin rəsmi məlumatında da bildirilir. Hazırda ölkə əhalisinin sayının 2 milyon 979 min 600 nəfərdir və illik kəsim hesablamasında 10 min 400 nəfər Ermənistandan gedir.

“Bununla yanaşı, “məxməri inqilab” baş verəndən son yarım il ərzində daimi yaşayan əhalinin sayı 700 nəfər azalıb”, deyə “Joxovurd” yazır və " demoqrafik problem bu gün də Ermənistanda davam etməkdədir", deyə qeyd edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə