“Avropada Paşinyana ciddi fiqur kimi baxmırlar” AÇIQLAMA

“Avropada Paşinyana ciddi fiqur kimi baxmırlar” AÇIQLAMA

“Fakt budur ki, Paşinyan hakimiyyətdə möhkəmlənə bilməyib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, qeyri ciddi davranışları ilə də müəyyən dərəcədə prespektivdə güclü hakimiyyət quracağına ümid yaratmır: “Görünür Avropa İttifaqı bu mülahizə ilə çıxış edir. Yoxsa erməniləri onlar dünəndə, bu gündə dəstəkləyirlər. Burada sadəcə hakimiyyətin daha qeyri-ciddi bir obrazda gözə görünməsi baxımından hələ ki, risk edib, Ermənistana böyük məbləğdə maliyyə dəstəyi göstərmirlər. Yəni, Avropada Paşinyana ciddi fiqur kimi baxmırlar. Bununla belə o, dekabrda keçiriləcək parlament seçkilərində qalib gələ bilər. Amma bütövlükdə Paşinyanın özünə ciddi yanaşılmırlar. Çünki müəyyən məsələlər var. Başlıcası, onun açıqlamaları, bəyanatları olduqca səviyyəsiz bir formada verilir. Bu da qaneedici sayılmır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə