Milli Məclisin sabahki iclasında bir sıra bəyannamələrin təsdiqlənməsi nəzərdə tutulur-ÖZƏL
Milli Məclisin sabah keçiriləcək plenar iclasında 19 məsələ müzakirə olunacaq. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib. Bildirilib ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi, Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq Haqqında müqavilənin təsdiq edilməsi, Azərbaycan Respublikası Gürcüstan, Rumıniya prezidentlərinin, Macarıstan baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi Haqqında müqavilənin təsdiq edilməsi məsələsi müzakirə olunacaq.
Qeyd edilib ki, iclasda həmçinin bir sıra qanunlara əlavə və dəyişiklik ediləcək. Buraya Cinayət Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, İnsan Hüquqları üzrə Müvəkkil haqqında Konstitusiya Qanununa və digər qanunlara ediləcək əlavə və dəyişikliklər daxildir.
Qeyd edək ki, sabahki iclasda Normativ Hüquqlar haqqında qanun layihəsi də ikinci səsverməyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB