“Ermənistanın iqtisadi inkişafında ləngimə müşahidə olunur”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə müsahibəsində iqtisadçı Baqrat Asatryan deyib.
O bildirib ki, cəmiyyətdə mövcud olan müsbət gözləntilər hələ də formalaşmayıb: “Buna əsas səbəb siyasi sahədə mövcud olan qeyri-müəyyənliyin davam etməsidir. Adətən bu vaxtlar Ermənistanda dövlət büdcəsi və iqtisadi proqramların aktual müzakirəsi aparılırdı. Lakin hazırda bu haqda ümumiyyətlə danışılmır. Təəssüf ki, ölkədəki iqtisadi problemlər ikinci və ya üçüncü planda saxlanılır”.
İqtisadçının sözlərinə görə, ölkənin iqtisadiyyatında müsbət inkişaf yalnız daxili siyasi etibarlılığın formalaşması nəticəsində mümkün ola bilər.
O qeyd edib ki, Ermənistanın iqtisadi fəaliyyətinin azalması Rusiya iqtisadiyyatındakı vəziyyət və orada baş verən proseslərlə də bağlı ola bilər: “Hazırda Ermənistan Rusiyadan neqativ siqnallar almaqdadır".
Baqrat Asatryan vurğulayıb ki, Ermənistanda post-devrim dövründən heç nə dəyişməyib: “Fikrimcə, bu illər ərzində Ermənistanda heç bir dəyişiklik baş verməyib. Yol polisinin vətəndaşlardan pul qəbul etdiyini gördüyümüz halda, korrupsiyanın aradan qaldırılması barədə danışmağın mənası yoxdur. Qlobal problemlər hələ də qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB