Milli Məclisin gündəliyinə dəyişiklik edilib. SİA-nın xəbərinə görə, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib ki, plenar iclasın gündəliyinə daxil olan 5 məsələ gündəlikdən çıxarılıb. Məsələlər bunlardır:
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)
"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasın gündəliyinə 57 məsələ daxil edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB